Texnoloji Toplantı Otaqları – TMR
Estet

Texnoloji Toplantı Otaqları – TMR

Müasir dünyada hər hansı tədbir üçün və yaxud sadəcə birgə toplanış etmək məqsədilə istifadə olunan konfrans zallarında çoxsaylı texnoloji vasitələrdən istifadə olunur.  Şəxsi görüşlərlə yanaşı, burada telefon vasitəsilə keçirilən konfranslar, təqdimatlar, eləcə də müxtəlif vizual həllərdən istifadə olunmaqla insanlara məlumatlar təqdim olunur. Yuxarıda qeyd olunan formatlarla birgə, Estet şirkəti  telefon konfrans sistemi, otaqlara nəzarət funksiyası, sinxron tərcümə, videokonfrans və  görüntüləmə sistemlərindən ibarət Texnoloji konfrans zalları hazırlayaraq müştərilərinə təqdim edir.