Stadion müşahidə sistemi – ISM
Estet

Stadion müşahidə sistemi – ISM

Videomüşahidə kameralarından götürülmüş  tribunaların şəkilləri operatorun ekranında  elə düzülür ki, bütövlük pozulmasın və lazım olduqda bu təsvirlər yenidən rahatlıqla təhlil oluna bilsin.  Stadion ərazisində baş verən hər hansı hadisəni aşkar etməyə imkan verən  yüksək keyfiyyətli təsvirləri əldə etmək mümkün olsun.  

Panoram təsvirlərlə bütün stadionu əhatə edən monitorinq sistemi görüntüdən “passiv” zonaları və təkrarlanan təsvirləri avtomatik uzaqlaşdırır ki, bu da operatora dəqiq müəyyənləşdirmə aparmağa və lazım gəldikdə əməkdaşları məlumatlandırmağa imkan yaradır.

Sistem stadionda hər bir oturacağa nəzarət etməyi təmin edir və belədə arzuolunmaz hadisə baş verərsə, həmin  yerə vaxtında, çevik müdaxilə həyata keşirilir. Sistem, həmçinin  əhatə etdiyi  sahənin hər hansı bir hissəsinin  videogörüntüsünə baxmaq və müşahidə aparmaq imkanı da verir ki, lazım olduqda müəyyən sahənin və ya fiziki şəxsin görüntüsünü böyütməklə hər hansı hadisəni aşkarlamaqda təhlükəsizlik operatorlarının işini yüngülləşdirir.