Komanda idarəetmə Mərkəzləri – OCC
Estet

Komanda idarəetmə Mərkəzləri – OCC

Bu mərkəzlərin məqsədi müxtəlif sahələr üzrə təqdim olunan xidmət və vasitələrin idarə olunmasına, eləcə də nəzarətdə saxlanmasını mərkəzləşdirilmiş bir otaqdan həyata keçirmək üçün fiziki imkan yaradılmasıdır. 

Dünyada ilk belə idarəetmə mərkəzlərindən 1920-ci illərdə istehsal şəraitində istifadə edilmişdir. Bir qayda olaraq, həyati əhəmiyyətli  obyektlərin  dispetçer otaqları ciddi təhlükəsizlik tədbirləri məqsədilə geniş ictimaiyyətə qapalı olur. Bu tip mərkəzlərdə divar böyüklükdə olan və operator üçün nəzərdə tutulmuş ekranda hər bir nöqtəni belə müşahidə etmək mümkün olur. Bütün nəzarət idarəetmə otaqları 24/7/365 iş rejimində layihələndirilib, hər anın belə nəzarət altında olması təmin olunub.

Bir qayda olaraq, komanda idarəetmə mərkəzləri əsasən: Atom elektrik stansiyalarında, elektrik istehsalı müəssisələrində, neft emalı zavodlarında, böyük nəqliyyat obyektlərində, körpü, kanal  və tunellərdə, sürətli tranzit sistemlərində, aeroportlarda, uçuşların, nəqliyyatın idarə olunması sistemlərində, təcili tibbi yardım mərkəzlərində və digər strateji cəhətdən vacib müəssisələrdə yaradılır və fəaliyyət göstərir.