Televiziya studiyaları – TSS
Televiziya proqramları və ona aid olan bütün proseslər
əsasən iki yerdə həyata keçirilir: Birinci, hər hansı mövzu ilə əlaqədar
çəkiliş yeri – Studiya. İkinci, mövzuya dair təqdim olunan görüntülərin tam
halda ekrana ötürülməsinin idarə olunduğu dispetçer (rejissor) otağı.
“Studiya” ifadəsi yalnız televiziya çəkilişlərinin
aparıldığı yer mənasında işlədilmir. Məsələn, radio proqramlarının hazırlandığı
yerə “Eadiostudiya”, musiqiçi və müğənnilərin albomlarının hazırlandığı yerə
isə “Səsyazma studiyası” deyilir. Bütün bu yerlərin ümumi xüsusiyyətləri haqqda
danışsaq, studiyaları xarici mühitə, təsirə qapalı, xüsusi səs və işıq
sistemi ilə təchiz olunmuş süni bir mühit adlandıra bilərik.
Televiziya proqramı həm standart
bir studiyada, həm də proqramın növündən asılı olaraq hər hansı xəbər
mərkəzindən tutmuş stadiona qədər istənilən yerdə hazırlanır. Açıq havada
aparılan çəkilişlərin bəzi üstünlükləri olsa da, çəkiliş və yayım üçün
lazımi elementlər əl altında olduğundan studiya, çəkiliş heyəti üçün
daha rahatdır.