Simulyasiya sistemləri – SRS
Real vaxt şəraitində hər hansı sistem və ya prosesi
canlandırmaq üçün süni mühit formalaşdırılarkən elə etmək lazımdır ki, maksimum
dərəcədə reallığa yaxın olsun. Buradakı proses gerçək mühitdəki şərtlərə maksimum
yaxınlaşdırılmalı, beləliklə də iştirak edən şəxsin düzgün vəziyyətlərdə, eləcə
də qeyri-standart qəza vəziyyətlərində reaksiyalarını yoxlamağa imkan
verilməlidir.
İstehsalda travmaların əksəriyyəti insanların səhvləri nəticəsində baş verir və ölümlə nəticələnən qəzalar zamanı böyük texniki və maddi itkilər meydana çıxır. İxtisaslaşdırılmış kompüter modelləşdirməsi proqramları ilə tədris real vaxt rejimində tətbiq oluna bilər ki, bu da nə insan həyatı, nə istehsalat, nə də ətraf mühit üçün hər hansı risk daşıyır.
Real vaxt rejimində süni yaradılan mühitdə xüsusi modelləşdirilmiş sistem insanı müəyyən olunmuş şərtlərdə sınağa məruz qoyur. Hər hansı müəssisədə işçilərin təlimi üçün nəzərdə tutulmuş texniki avadanlıqlar yüksək maliyyə xərcləri daşımaqla yanaşı, burada travma alma riskləri də yüksəkdir. Ancaq kompüterdə yaradılmış modelləşdirmə sistemlərinin sayəsində təlim təhlükəsiz olmaqla yanaşı, çəkilən maliyyə xərclərini də azaldır. Bu, uçuş personalının təliminə də aiddir, belə ki, kompüter modelləşdirilməsi ilə real təyyarə simulyatorlarının köməyilə pilota təyyarə sürmək reallıqda onu idarə edirmiş kimi öyrədilir. Və əgər reallıqda pilotun şübhələri qəza vəziyyətinə gətirib çıxarırsa, modelləşdirmə sistemi hər hansı risk, stress yaşamadan bu və digər çətin vəziyyətlərdə ona nə cür idarə etmək lazım olduğu, vəziyyətdən necə çıxmaq lazım gəldiyi və s. öyrədilir. Modelləşdirmə sistemlərindən istifadə ilə bağlı dünya təcrübəsində qəbul olunmuş əsas fikirlərdən biri də budur ki, o, eyni zamanda ətraf mühiti qorumağa imkan yaradır. Kompüter modelləşdirmə sistemlərinin digər böyük üstünlüklərindən biri də odur ki, onun köməyilə ən müxtəlif vəziyyətlərə dair simulyasiya yaratmaq mümkündür. Buraya elə vəziyyətləri daxil etmək olar ki, onlar real həyatda bəlkə də çox nadir hallarda baş verir, ancaq həmin fövqəladə vəziyyətlərə yenə də hazır olmaq lazımdır.