Qəza sistemləri – ECC
Dövlətin əsas vəzifəsi insanların həyatının və
əmlaklarının təhlükəsizliyini təmin etməkdir.
Bir vaxtlar vəhşi heyvanlardan, qəbilələrdən qorunmaq
ehtiyacları indi xəstəliklərdən, bədbəxt hadisələrdən və təbii
fəlakətlərdən müdafiə olunmaq ehtiyacları ilə əvəz olunub. Müasir dünyada bir
sıra ölkələrdə ictimai təhlükəsizliyi üç təşkilat təmin edir: polis
(jandarmeriyayla yanaşı), yanğınsöndürmə xidməti və təcili yardım.
Çağırış mərkəzlərində təcili kömək göstərilməsilə bağlı
zənglər operatorlar tərəfindən qəbul edilir və aidiyyatı üzrə polisə,
jandarmeriyaya, təcili tibbi yardıma, yanğınsöndürmə xidmətinə, sahil mühafizə
xidmətinə, meşə təsərrüfatına yönləndirilir və məntiqi proqram təminatının köməyilə
bölüşdürülmə aparılır. Lazım olduqda məlumat blok edilir, qeydə alınan hadisəyə
aid məlumat emal olunur, ümumi bazada saxlanır və eyni vaxtda telefon
zəngi və sasyazısı şəklində radioəlaqə vasitəsilə müvafiq mərkəzə
ötürülür.
Hadisə aradan qaldırıldıqdan sonra,
insanların özlərini rahat hiss edəcəkləri bir vaxtda isə sistem qısa
müddətdə rəqəmsal kartlar (xəritələr), GPS məlumatlarıyla hadisə
yerində xidmət keçən polislərin, təcili tibbi yardım maşınlarının və ya
yanğınsöndürmə xidmətinin fəaliyyətinə dair hesabat və bu fəaliyyətlərini əks
etdirən foto görüntüləri əldə etməyə imkan verir