Prosesə Nəzarət Metodları – PCM
Estet

Prosesə Nəzarət Metodları – PCM

Prosesə nəzarət metodu əlaqədə olduğu şəbəkə üzərindən şəbəkə nəzarəti, ölçü sistemləri və SCADA (yoxlama- nəzarət- məlumatları toplama) sistemləri vasitəsi ilə çeşidli texnologiyalar və topologiyaları birləşdirərək vahid mərkəzdən kompüter, mobil telefon və ya tablet kimi cihazlarla izləniləbilən sistemdir.

Prosesə nəzarət metodu əsasən qrafik interfeys, nəzarət sistemi, siqnalizasiya sistemi, məlumat toplanma, təhlil və hesabat metodlarını ümumi şəkildə təqdim edir və üç əsas ünsürdən Uzaq Terminal Mərkəzi (RTU), Rabitə Sistemi, Nəzarət Mərkəzi Sistemindən (Əsas İdarəetmə Mərkəzi AKM) ibarət olur. Kompüter və rabitə texnologiyalarındakı son irəliləyişlər və bununla əlaqədar olaraq cihazların maya dəyərinin aşağı düşməsi elektrik paylama sistemlərinin avtomatlaşdırılmasını texniki və iqtisadi cəhətdən mümkün hala gətirib.

Məsələn, paylama sistemləri və suyun avtomatlaşdırılması şəbəkənin uzaqdan izlənməsinə və sürətli və səmərəli idarə edilməsinə imkan verir və nəticədə daha etibarlı, davamlı və keyfiyyətli elektrik enerjisi və su təchizatı təmin edilir. Sistem məlumatları arxivləşdirilə bilər və statistik hesabatlar sayəsində ən səmərəli və ekonomik idarəetmə təmin edilir.