Nəqliyyatın idarə olunması sistemləri – ITS
Hazırda şəhərlərdə yaşayan əhalinin çoxalması,
sənayeləşmə, nəqliyyat vasitələrinin sayının, eləcə də avtomobil daşımalarının
sürətlə artması şəhərdaxili və şəhərlərarası hərəkət qrafikini tənzimləməkdə,
idarə etməkdə çətinliklər yaradır.
Baş planın hazırlanması, real vaxt rejimində
tənzimləyicilərdən məlumatların toplanması, hərəkət dinamikasını alqoritm sxemi
ilə hesablamaq, vaxtın optimallaşdırılması hərəkət təhlükəsizliyi sisteminin
artırılmasına xidmət edir. Bundan başqa, videointeqrasiyanın köməyilə hərəkət
sıxlığına nəzarət həyata keçirilir.