Komanda idarəetmə Mərkəzləri – OCC
Bu mərkəzlərin məqsədi müxtəlif sahələr üzrə təqdim
olunan xidmət və vasitələrin idarə olunmasına, eləcə də nəzarətdə saxlanmasını
mərkəzləşdirilmiş bir otaqdan həyata keçirmək üçün fiziki imkan
yaradılmasıdır.
Dünyada ilk belə idarəetmə mərkəzlərindən 1920-ci illərdə
istehsal şəraitində istifadə edilmişdir. Bir qayda olaraq, həyati
əhəmiyyətli obyektlərin dispetçer otaqları ciddi təhlükəsizlik
tədbirləri məqsədilə geniş ictimaiyyətə qapalı olur. Bu tip mərkəzlərdə divar
böyüklükdə olan və operator üçün nəzərdə tutulmuş ekranda hər bir nöqtəni belə
müşahidə etmək mümkün olur. Bütün nəzarət idarəetmə otaqları 24/7/365 iş
rejimində layihələndirilib, hər anın belə nəzarət altında olması təmin olunub.
Bir qayda olaraq, komanda idarəetmə mərkəzləri əsasən:
Atom elektrik stansiyalarında, elektrik istehsalı müəssisələrində, neft emalı
zavodlarında, böyük nəqliyyat obyektlərində, körpü, kanal və tunellərdə,
sürətli tranzit sistemlərində, aeroportlarda, uçuşların, nəqliyyatın idarə
olunması sistemlərində, təcili tibbi yardım mərkəzlərində və digər strateji
cəhətdən vacib müəssisələrdə yaradılır və fəaliyyət göstərir.