Hava nəqliyyatının idarə edilməsi – ATC
Hava hərəkətinin idarə edilməsinə; istər hava gəmilərinin özləri arasında, istərsə də onların digər maneələrlə toqquşmasının qarşısını almaq, onların sürətli və sabit hərəkətinin təmin olunması, uçuş məlumat xidməti, uçuşların təhlükəsiz və effektli şəkildə həyata keçirilməsi məqsədilə məlumat və tövsiyələrin təqdim olunması, informasiya xidməti tərəfindən təminat (FIS), xəbərdarlıq xidməti, axtarış-xilasetmə tədbirlərinə ehtiyac yaranmış hava gəmisi ilə bağlı məlumatların müvafiq qurumlara çatdırılması, hava yollarından effektiv istifadə, hava sahəsinin digər istifadəçilərinin (mülki-hərbi) tələbinə uyğun məlumat verilməsi, nəzarət və koordinasiya olunması və digər taktiki və strateji tədbirlər daxildir.
ESTET bu sahədə xüsusi diqqəti idarəetmə
xidmətlərinin operatoru üçün maksimum rahatlığa və erqonomikaya ayırır.