Tunel və Metro İdarəetmə sistemləri – TUMS
Estet

Tunel və Metro İdarəetmə sistemləri – TUMS

Məlumdur ki, tunel və metrolarda idarətmə sisteminə nəzarət funksiyası  proqramlaşdırılmış idarəetmə sistemi (PLC) mikroprosessor qurğuları əsasında işləyən avadanlığın köməyi ilə həyata keçirilir. 

Qeyd olunan məkanlarda  vizual məlumatın toplanması və interfeys nəzarəti həyata keçirən texnoloji proseslərdə idarəetmənin avtomatlaşdırılması sistemindən (SCADA) istifadə olunur ki, bu da sistemin operatora yönəlmiş tərəfində yerləşdirilir.

Tunellerin idarə olunmasında qurulan sistemin etibarlılıgı təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir. Tunelin uzunluğu və nəqliyyat vasitələrinin yollarının kəsişməsi layihələndirilərkən havalandırma, yanğın siqnalizasiyaları, yanğınsöndürmə, müşahidə  kameraları, hərəkət, enerji və kommunikasiya, infrostruktur nəzərə alınır.  Bu cür sistemin əsas məqsədi də  tunelin fasiləsiz fəaliyyətinin təmin olunmasıdır.

Tunellərdə enerji orada mövcud olan  digər sistemlərin işləməsi üçün zəruri şərtdir. Tunelin istismarı zamanı  elektrik enerjisinin verilməsində meydana çıxa biləcək mümkün fasilə zamanı fasiləsiz elıektrik tıəchizatı sistemi (UPS) və generatorlardan istifadə olunmalıdır ki, sistemin fəaliyyətində çatışmazlıq baş verməsin.

Tunelin idarə olunmasında əhəmiyyətli rolu olan PLC və SCADA vasitəsilə  tunellərdəki bütün sistemləri uzaqdan izləmək  və lazım  olduqda  nəzarəti həyata keçirmək mümkündür.