Şəbəkənin idarə olunması mərkəzi – NOC
Estet

Şəbəkənin idarə olunması mərkəzi – NOC

NOC ingilis dilində “Şəbəkənin idarə olunması mərkəzi” sözünün baş hərflərindən götürülmüş abreviaturadır. NOC bir və ya bir neçə nöqtədən şəbəkələrin monitorinqini və onlara nəzarəti həyata keçirmək üçün yaradılmış sistemdir. Onun fəaliyyəti isə peyk şəbəkəsi vasitəsi ilə və ya telekommunikasiyalarla idarə olunan kompyuter sistemlərinin köməyi ilə yerinə yetirilir. İlk belə mərkəz 1962-ci ildə açılmış və şəbəkə marşrutlarına dair məlumatlar Nyu-Yorkda yerləşdirilmişdir ki, buna AT&T şirkəti tərəfindən nəzarət olunurdu. Şəbəkə infrastrukturunda daxili və xarici şəbəkələr monitorinq həyata keçirtməyə imkan verir. Şəbəkələrin idarə mərkəzi və monitorlar, televizorlar, məlumatların, şəbəkə avadanlığının və magistral şəbəkə məlumatlarının ehtiyat köçürülməsini təmin edən avadanlıqlar, parollar, şifrləmə qurğuları, təhlükəsizlik avadanlıqları digər çoxsaylı elementlərlə birlikdə işləyə bilir.

Bütovlükdə, problemlərin təhlili,  nasazlıqların aradan qaldırmasının, hesabatların və yerləşdirməyə dair sistemli həll  24/7/365 həyata keçirilir.