Enerji idarəetmə sistemləri-EMS
Estet

Enerji idarəetmə sistemləri-EMS

Bu gün energetika sahəsində texnologiyaların inkişafı və elektrik enerjisinə olan tələbatın durmadan artması elektrik enerjisini heç vaxt olmadığı qədər əhəmiyyətli  və həyati vacib resursa çevirib. Buna görə də yalnız enerjinin istehsalı deyil, onun monitorinqi, istifadəsinin effektivliyinin yüksəldilməsinə olan tələb də çoxalır.

Elektrik enerjisinin paylanması özündə yüksək keyfiyyəti və ucuz qiyməti birləşdirməlidir, çünki enerjinin effektiv istifadəsi ictimai-iqtisadi yüksəlişin və ölkənin inkişafının ən əhəmiyyətli elementlərindən biridir. Enerjiyə olan tələbatın qənaətlə və səmərəli təmin olunması üçün enerjidən istifadəyə effektiv nəzarət ən yaxşı üsuldur. Tələbatın artması və ümumi enerji mənbəyinin azlığı, böyük investisiyalara, qabaqcıl texnologiyalara və yüksək ixtisaslı mütəxəssislərə ehtiyacın özü də enerjinin effektiv istifadəsinin əhəmiyyətini göstərir.

Yeni texnologiyaların üstünlüklərindən istifadə zamanı beynəlxalq standartlara aid sistemlərin yanlış tətbiq olunması; enerjinin verilməsində itki və sızmalar, insanların həyat və mülkiyyəti nəzərə alınaraq qiymətlər, həmçinin təhlükəsizliyə dair çoxsaylı tələblər böyük risk amilidir.

Bu risklər və itkilər özlüyündə həm də lazımlıdır, məqsəd isə enerji istehlakının minimal­laşdırılması və ötürülən enerji həcmini otimal həddə saxlamaqdır. Bu məqsədə çatmaq üçün ən uyğun üsul elektrik enerjisi axınlarını tam nəzarətdə saxlamaq, onun istehsal və istehlakının avtomatlaşdırılmış sistemlə monitorinqinin aparılmasıdır. Odur ki, müştərilərə müasir texnologiyanın və işin effektliliyinin bütün üstünlüklərini birləşdirən elektrik axınlarının avtomatlaşdırması sistemi yaradılıb. Bura elektrik stansiyalarının səmərəliliyinə nəzarət və texniki xidmət daxildir.