Tunel və Metro İdarəetmə sistemləri – TUMS
Məlumdur ki, tunel və metrolarda idarətmə sisteminə
nəzarət funksiyası proqramlaşdırılmış idarəetmə sistemi (PLC)
mikroprosessor qurğuları əsasında işləyən avadanlığın köməyi ilə həyata
keçirilir.
Qeyd olunan məkanlarda vizual məlumatın toplanması
və interfeys nəzarəti həyata keçirən texnoloji proseslərdə idarəetmənin
avtomatlaşdırılması sistemindən (SCADA) istifadə olunur ki, bu da sistemin
operatora yönəlmiş tərəfində yerləşdirilir.
Tunellerin idarə olunmasında qurulan sistemin
etibarlılıgı təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir. Tunelin uzunluğu
və nəqliyyat vasitələrinin yollarının kəsişməsi layihələndirilərkən
havalandırma, yanğın siqnalizasiyaları, yanğınsöndürmə, müşahidə
kameraları, hərəkət, enerji və kommunikasiya, infrostruktur nəzərə
alınır. Bu cür sistemin əsas məqsədi də tunelin fasiləsiz
fəaliyyətinin təmin olunmasıdır.
Tunellərdə enerji orada mövcud olan digər
sistemlərin işləməsi üçün zəruri şərtdir. Tunelin istismarı zamanı
elektrik enerjisinin verilməsində meydana çıxa biləcək mümkün fasilə zamanı
fasiləsiz elıektrik tıəchizatı sistemi (UPS) və generatorlardan istifadə
olunmalıdır ki, sistemin fəaliyyətində çatışmazlıq baş verməsin.
Tunelin idarə olunmasında əhəmiyyətli rolu olan PLC və
SCADA vasitəsilə tunellərdəki bütün sistemləri uzaqdan izləmək və
lazım olduqda nəzarəti həyata keçirmək mümkündür.