Sənaye qurğularının avtomatlaşdırılması – IPA
Sənaye qurğularının avtomatlaşdırması sistemi
özündə rabitə şəbəkələri, internet şəbəkəsindən idarəetmə, ölçmə və
idarəetməyə nəzarət və məlumatların toplanması sistemlərini, texnoloji
proseslərdə idarəetmənin avtomatlaşdırılması sistemi (SCADA) birləşdirir. Bu
sistem bütövlükdə geniş məkanlarda fəaliyyət göstərən müəssisələri vahid
mərkəzdən texnoloji və topoloji sistemlərin birləşməsindən ibarətdir ki, onun
idarəçiliyini mobil telefonlar və ya planşetlər kimi qurğularla nəzarət
edilə bilər.
Bu sistemin əsas qrafik interfeysini sənaye
müəssisələrinə dair həllər, monitorinq, mühafizə siqnalizasiya sistemi,
məlumatların yığılması, təhlil və hesabat sistemlərindən ibarət olmaqla üç əsas
elementdən, o cümlədən ayrılmış üç vahiddən biri (Remote Terminal Unit), rabitə
sistemi, mərkəzi idarəetmə sistemindən (Baş idarə mərkəzi – MTU) ibarətdir.
Kompüter və rabitə texnologiyaları sahəsində son
nailiyyətlər bu sahədə qurğulara çəkilən xərcləri azaltmış və istehsal
xərclərinin də ixtisarına imkan yaradıb.
Məsələn, su verilməsinin paylanmasında şəbəkədən
idarəetmə ilə sürətli, operativ nəzarət həyata keçirmək mümkündür. Nəticədə bu
işə sərf olunan enerjidən daha effektli, daha səmərəli istifadə olunur və su
verilməsi daha keyfiyyətli yerinə yetirilir. Sistemə dair məlumatlar
arxivləşdirilir, statistik hesabatlardan çıxış edilərək daha effektli və
qənaətcil idarəetmə tətbiq olunur.