Enerji idarəetmə sistemləri-EMS
Bu gün
energetika sahəsində texnologiyaların inkişafı və elektrik enerjisinə olan
tələbatın durmadan artması elektrik enerjisini heç vaxt olmadığı qədər
əhəmiyyətli və həyati vacib resursa çevirib. Buna görə də yalnız
enerjinin istehsalı deyil, onun monitorinqi, istifadəsinin effektivliyinin
yüksəldilməsinə olan tələb də çoxalır.
Elektrik
enerjisinin paylanması özündə yüksək keyfiyyəti və ucuz qiyməti
birləşdirməlidir, çünki enerjinin effektiv istifadəsi ictimai-iqtisadi
yüksəlişin və ölkənin inkişafının ən əhəmiyyətli elementlərindən biridir.
Enerjiyə olan tələbatın qənaətlə və səmərəli təmin olunması üçün enerjidən
istifadəyə effektiv nəzarət ən yaxşı üsuldur. Tələbatın artması və ümumi enerji
mənbəyinin azlığı, böyük investisiyalara, qabaqcıl texnologiyalara və yüksək
ixtisaslı mütəxəssislərə ehtiyacın özü də enerjinin effektiv istifadəsinin
əhəmiyyətini göstərir.
Yeni
texnologiyaların üstünlüklərindən istifadə zamanı beynəlxalq standartlara aid
sistemlərin yanlış tətbiq olunması; enerjinin verilməsində itki və sızmalar,
insanların həyat və mülkiyyəti nəzərə alınaraq qiymətlər, həmçinin
təhlükəsizliyə dair çoxsaylı tələblər böyük risk amilidir.
Bu risklər və itkilər özlüyündə həm də lazımlıdır, məqsəd isə
enerji istehlakının minimallaşdırılması və ötürülən enerji həcmini otimal
həddə saxlamaqdır. Bu məqsədə çatmaq üçün ən uyğun üsul elektrik enerjisi axınlarını
tam nəzarətdə saxlamaq, onun istehsal və istehlakının avtomatlaşdırılmış
sistemlə monitorinqinin aparılmasıdır. Odur ki, müştərilərə müasir
texnologiyanın və işin effektliliyinin bütün üstünlüklərini birləşdirən
elektrik axınlarının avtomatlaşdırması sistemi yaradılıb. Bura elektrik
stansiyalarının səmərəliliyinə nəzarət və texniki xidmət daxildir.