Ümumi Məlumat
Məlumdur ki, tunel və metrolarda idarətmə sisteminə nəzarət funksiyası PLC-in (proqramlaşdırılmış idarəetmə sistemi)- mikroprosessor qurğuları əsasında işləyən avadanlığın köməyi ilə həyata keçirilir. Qeyd olunan məkanlarda vizual məlumatın toplanması və interfeys nəzarəti həyata keçirən SCADA-dan (texnoloji proseslərdə idarəetmənin avtomatlaşdırılması sistemi) istifadə olunur ki, bu da sistemin operatora yönəlmiş tərəfində yerləşdirilir.
Tunellerin idarə olunmasinda qurulan sistemin etibarlılıgı təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir. Tunelin uzunluğu və nəqliyyat vasitələrinin yollarının kəsişməsi layihələndirilərkən havalandırma, yanğın siqnalizasiyaları, yanğınsöndürmə, müşahidə kameraları, hərəkət, enerji və kommunikasiya, infrostruktur nəzərə alınır. Bu cür sistemin əsas məqsədi də tunelin fasiləsiz fəaliyyətinin təmin olunmasıdır.
Tunellərdə enerji orada mövcud olan digər sistemlərin işləməsi üçün zəruri şərtdir. Tunelin istismarı zamanı elektrik enerjisinin verilməsində meydana çıxa biləcək mümkün fasilə zamanı UPS –dən (fasiləsiz elıektrik tıəchizatı sistemi) və generatorlardan istifadə olunmalıdır ki, sistemin fəaliyyətində çatışmazlıq baş verməsin.
Tunelin idarə olunmasında əhəmiyyətli rolu olan PLC və SCADA vasitəsilə tunellərdəki bütün sistemləri uzaqdan izləmək və lazım olduqda nəzarəti həyata keçirmək mümkündür.
Xidmətlərimiz
