Ümumi Məlumat
Televiziya proqramları və ona aid olan bütün proseslər əsasən iki yerdə həyata keçirilir: birinci, hər hansı mövzu ilə əlaqədar çəkiliş yeri – Studiya. İkinci, mövzuya dair təqdim olunan görüntülərin tam halda ekrana ötürülməsinin idarə olunduğu dispetçer (rejissor) otağı.
“Studiya” ifadəsi yalnız televiziya çəkilişlərinin aparıldığı yer mənasında işlədilmir. Məsələn, radio proqramlarının hazırlandığı yerə “radiostudiya”, musiqiçi və müğənnilərin albomlarının hazırlandığı yerə isə “Səsyazma studiyası” deyilir. Bütün bu yerlərin ümumi xüsusiyyətləri haqqda danışsaq, studiyaları xarici mühitə, təsirə qapalı, xüsusi səs və işıq sistemi ilə təchiz olunmuş süni bir mühit adlandıra bilərik.
Televiziya proqramı həm standart bir studiyada, həm də proqramın növündən asılı olaraq hər hansı xəbər mərkəzindən tutmuş stadiona qədər istənilən yerdə hazırlanır. Açıq havada aparılan çəkilişlərin bəzi üstünlükləri olsa da, çəkiliş və yayım üçün lazımi elementlər əl altında olduğundan studiya, çəkiliş heyəti üçün daha rahatdır.
Xidmətlərimiz
