Ümumi Məlumat
Videomüşahidə kameralarından götürülmüş tribunaların şəkilləri operatorun ekranında elə düzülür ki, bütövlük pozulmasın və lazım olduqda bu təsvirlər yenidən rahatlıqla təhlil oluna bilsin. Stadion ərazisində baş verən hər hansı hadisəni aşkar etməyə imkan verən yüksək keyfiyyətli təsvirləri əldə etmək mümkün olsun. Panoram təsvirlərlə bütün stadionu əhatə edən monitorinq sistemi görüntüdən “passiv” zonaları və təkrarlanan təsvirləri avtomatik uzaqlaşdırır ki, bu da operatora dəqiq müəyyənləşdirmə aparmağa və lazım gəldikdə əməkdaşları məlumatlandırmağa imkan yaradır.
Sistem stadionda hər bir oturacağa nəzarət etməyi təmin edir və belədə arzuolunmaz hadisə baş verərsə həmin yerə vaxtında, çevik müdaxilə həyata keşirilir. Sistem həmçinin əhatə etdiyi sahənin hər hansı bir hissəsinin videogörüntüsünə baxmaq və müşahidə aparmaq imkanı da verir ki, lazım olduqda müəyyən sahənin və ya fiziki şəxsin görüntüsünü böyütməklə hər hansı hadisəni aşkarlamaqda təhlükəsizlik operatorlarının işini yüngülləşdirir.
Xidmətlərimiz
