Ümumi Məlumat
Dövlətin əsas vəzifəsi insanların həyatının və əmlaklarının təhlükəsizliyini təmin etməkdir. Bir vaxtlar vəhşi heyvanlardan, qəbilələrdən qorunmaq ehtiyacları indi xəstəliklərdən, bədbəxt hadisələrdən və təbii fəlakətlərdən müdafiə olunmaq ehtiyacları ilə əvəz olunmuşdur. Müasir dünyada bir sıra ölkələrdə ictimai təhlükəsizliyi üç təşkilat təmin edir : polis (jandarmeriyayla yanaşı), yanğınsöndürmə xidməti və təcili yardım.
Çağırış mərkəzlərində təcili kömək göstərilməsilə bağlı zənglər operatorlar tərəfindən qəbul edilir və aidiyyatı üzrə polisə, jandarmeriyaya, təcili tibbi yardıma, yanğınsöndürmə xidmətinə, sahil mühafizə xidmətinə, meşə təsərrüfatına yönləndirilir və məntiqi proqram təminatının köməyilə bölüşdürülmə aparılır, lazım olduqda məlumat blok edilir, qeydə alınan hadisəyə aid məlumat emal olunur, ümumi bazada saxlanır və eyni vaxtda telefon zəngi və sasyazısı şəklində radioəlaqə vasitəsilə müvafiq mərkəzə ötürülür.
Hadisə aradan qaldırıldıqdan sonra, insanların özlərini rahat hiss edəcəkləri bir vaxtda isə sistem qısa müddətdə rəqəmsal kartlar (xəritələr), GPS məlumatlarıyla hadisə yerində xidmət keçən polislərin, təcili tibbi yardım maşınlarının və ya yanğınsöndürmə xidmətinin fəaliyyətinə dair hesabat və bu fəaliyyətlərini əks etdirən foto görüntüləri əldə etməyə imkan verir.
Xidmətlərimiz
