Haqqımızda

ESTET MMC 1997-ci ildən Azərbaycanda fəaliyyətə başlamışdır. Hal-hazırda Azərbaycan, Özbəkistan, Gürcüstanda olan fililalları və digər MDB ölkələrindəki partnyor şirkətləri vasitəsi ilə inşaat firmalarını, inteqratorları və digər müəssisələri yüksək , orta və aşağı elektrik cərəyanı sistemləri ilə təmin etməkdədir. 

Son illərdə şirkətimiz fəaliyyət sferasını genişləndirərək yüksək texnoloji avadanlıqların satışı və texniki servis xidmətini göstərir. Şirkətimiz GENPOWER, MAKELSAN, LANDE, EMERSON/ VERTİV, ALFAMAX, ALFAFONET, ASSMANN/ DIGITUS, NORM, BSMİ, TALES ANALİTİK, ALCAD, HASSA YANĞIN, ETK KABLO ,FİBERLİ və s.  şirkətlərinin rəsmi distribyutoru və partnyorudur.Bundan əlavə, ESTET MMC Avropa və Türkiyənin bir çox etibarlı və tanınmış istehsalçı şirkətləri ilə də əməkdaşlıq edir.

Şirkətimiz elektrik və mexanika sahəsindəki beynəlxalq və yerli partnyorları ilə əməkdaşlığı sayəsində yenidənqurma və inşaat layihələrində gərəkli olan bütün elektrik, mexanika və yüksək texnoloji avadanlıqlara çox uyğun təkliflər verə bilir. Bundan başqa, şirkətimiz bir çox böyük proyektlərdə “açar təslimi”, elektrik və data, yanğından mühafizə və ventilyasiya sistemləri, laboratoriya avadanlıqlarının layihələndirilməsi ,satışı, quraşdırılması və servisi işləri də görür.

Şirkət 50-dən çox yüksək ixtisaslı mütəxəssis və texniki avadanlıq resurslarını özündə birləşdirərək layihələrdə tələb olunan işləri düzgün, vaxtında və yüksək səviyyədə yerinə yetirə bilir.

Təmin etdiyimiz məhsullar keyfiyyətli və sərfəli olması ilə yanaşı istehsalçı şirkətlər tərəfindən tamamilə zəmanətlidir.

MƏQSƏD VƏ MİSSİYAMIZ

 Məqsədimiz, Azərbaycanda qazanmış olduğumuz təcrübənin köməyilə fəaliyyət sahəmizdəki yüksək mövqeyimizi qorumaq, ən son texnologiyaları bazara tanıtmaq və xarici bazarlarda da ölkəmizi  təmsil etməkdir.

 Missiyamız, fəaliyyət göstərdiyimiz ölkələrdə  digər struktur kabelləşdirmə, laboratoriya, elektrik və mexanika (isitmə, soyutma və havalandırma) avadanlıqlarının montaj və quraşdırma işləri ilə məşğul olan şirkətləri lazım olan avadanlıq və məhsulları ən uyğun qiymət və yüksək keyfiyyətdə təmin etmək, mövcud lahiyələrdə podratçı şirkətlərə təyin olunan vaxtda “açar təslimi” işlərini təhvil verməkdir.


DƏYƏRLƏRİMİZ


TəhlükəsİzlİK Və İnsan Resusları

Şirkətimiz, işçiyə yüksək dəyər verilməyəcəyi halda müştəriyə yaxşı xidmət göstərilə bilinməyəcəyini bilir. Bu səbəbdən də işçilərin maddi-mənəvi motivasiyasını üst səviyyədə tutaraq onların təhlükəsizliyinə də diqqət edir.

MÜŞTƏRİ MƏMNUNİYYƏTİ

Şirkət müştərilərini partnyor olaraq görür və inkişafın ancaq bir yerdə olacağına inanır. Ona görə də şirkətimiz müştəri ehtiyaclarını diqqətə alaraq öz peşəkar təkliflərini verir.

KEYFİYYƏT VƏ DAVAMLILIQ

Biz müştərilərimizə keyfiyyətli məhsul və xidməti zamanında verdiyimiz müddətcə məqsədi­mizə çatacağımıza inanırıq. Odur ki, keyfiyyətdə heç vaxt güzəştə getmirik.