Avtomatlaşdırılmış işıqlandırma sistemləri – LMS

Ümumi Məlumat

Yüksək rəqabət şəraitində mənfəətlikdə artım istənilən müəssisə üçün olduqca vacibdir. Buna nail olmağın yollarından biri isə elektrik enerjisi xərclərinin azaldılmasıdır. İşıqlandırmanın avtomatlaşdırması sistemlərindən istifadə etməklə elektrik enerjisi xərclərinin  azalmasını və  maksimal rahatlığı  təmin etmək mümkündür.

Bu gün  ölkəmizdə işıqlandırma üçün  əvvəllər  istifadə olunan enerjinin 20 faizi sərf olunur. Avtomatlaşdırma sistemlərində istifadə edilən işıqlandırma dimmerlərinin köməyi ilə enerjiyə qənaət məqsədilə işıqlandırma vaxtı qısa  və işıq mənbəyinin xidmət müddəti uzanmış olur. İşıqlandırmada avtomatlaşdırma sistemlərinin müsbət nəticələri və imkanlarını qiymətləndirərək,  bu qabaqcıl texniki sistemləri  həyatımıza daxil etməyi təklif edirik.

Bu istiqamətdə aparılmış tədqiqatlar göstərir ki, sözügedən sistemdən tibbi xidmət sahələrində də geniş istifadə olunması və bununla insanlara faydalı xidmət mümkündür. İşıqlandırmanın avtomatlaşdırması sistemi gündəlik dəyişən tələblər çərçivəsində  işıqlandırma cihazlarının texniki xüsusiyyətlərinə asanlıqla uyğunlaşır. Artıq texniki müasirliyin çoxsaylı nümunələri mənzillərimizə daxil olmaqdadır, bu isə özünü yalnız evdə işıqlandırmanın avtomatlaşdırılmasında deyil, məişət  texnikalarından daha rahat istifadə etməkdə göstərir və işimizi asanlaşdırır, rahatlığımızı təmin edir.

Xidmətlərimiz