Ağıllı siniflər – ICR

Ümumi Məlumat

Ağıllı siniflər audio və vizual texnologiylardan istifadə etməklə dərslərin daha başadüşülən və səmərəli təşkilini, bununla da təlim prosesinin yaxşılaşdırılması üçün nəzərdə tutulub. Bu strukturda internet şəbəkəsi və elektron təlimə əsaslanmaqla müxtəlif məkanlar arasında birləşmə nöqtələrinin texnoloji mübadiləsi formalaşdırılır və ağıllı siniflər adlandırılır.

Ağıllı siniflər məktəblərdə texnoloji boşluğu doldurmaqla yanaşı, təlim-tədris prosesində yeni istiqamət və konsepsiyalar müəyyənləşdirir. Ağıllı siniflər lokal təhsil vahidi olmaqla yanaşı, videokonfrans sistemləri vasitəsilə ölkə daxilində və ya xaricdə eyni sistemə malik olan digər təhsil müəssisələri ilə interaktiv əlaqə yarada bilirlər.

Beləliklə, tədris müəssisələri istənilən məlumat mübadiləsini maksimum effektlə həyata keçirirlər. Bu gün Estet şirkətinin ən vacib konsepsiyalarından biri ağıllı siniflər üçün ağıllı həll variantlarını yaratmaqdır ki, bunun üçün tanınmış (brend) markaların birinci əldən avadanlıqları tətbiq olunur.

Xidmətlərimiz