Sənaye qurğularının avtomatlaşdırılması – IPA

Ümumi Məlumat

Sənaye qurğularının avtomatlaşdırması sistemi özündə  rabitə şəbəkələri, internet şəbəkəsindən idarəetmə, ölçmə və idarəetməyə nəzarət və məlumatların toplanması sistemlərini, SCADA-nı (texnoloji proseslərdə idarəetmənin avtomatlaşdırılması sistemi) birləşdirir ki, bütövlükdə bu sistem geniş məkanlarda fəaliyyət göstərən müəssisələri vahid mərkəzdən texnoloji və topoloji sistemlərin birləşməsindən ibarətdir ki, onun idarəçiliyini   mobil telefonlar və ya planşetlər kimi qurğularla nəzarət edilə bilər.

Bu sistemin əsas qrafik interfeysini sənaye müəssisələrinə dair həllər, monitorinq, mühafizə siqnalizasiya sistemi, məlumatların yığılması, təhlil və hesabat sistemlərindən ibarət olmaqla üç əsas elementdən, o cümlədən ayrılmış üç vahiddən biri (Remote Terminal Unit), rabitə sistemi, mərkəzi idarəetmə sistemindən (Baş idarə mərkəzi – MTU) ibarətdir.

Kompüter və rabitə texnologiyaları sahəsində son nailiyyətlər bu sahədə qurğulara çəkilən xərcləri azaltmış və istehsal xərclərinin də  ixtisarına imkan yaradıb.

Məsələn, su verilməsinin paylanmasında şəbəkədən idarəetmə ilə sürətli, operativ nəzarət həyata keçirmək mümkündür ki, nəticədə bu işə sərf olunan enerjidən daha effektli, daha səmərəli istifadə olunur və su verilməsi daha keyfiyyətli yerinə yetirilir. Sistemə dair məlumatlar arxivləşdirilir, statistik hesabatlardan çıxış edilərək daha effektli və qənaətcil idarəetmə tətbiq olunur.

Tətbiq Sahələrimiz