HAQQIMIZDA

ESTET MMC 1997-ci ildən bəri Azərbaycan və digər ölkələrdəki inşaat firmalarını, inteqratorları və digər müəssisələri orta və aşağı elektrik cərəyanı sistemləri ilə təmin etməkdədir. Son illərdə şirkətimiz fəaliyyət sferasını genişləndirərək yüksək texnoloji avadanlıqların satışı və texniki servis xidmətini göstərməyə başlamışdır. Şirkətimiz EMSA, MAKELSAN, LANDE, EMERSON/ VERTİV, ÜNTES, TRANE, ASSMANN/ DIGITUS, NORM, BSMİ, LU-VE GROUP, TALES ANALİTİK, ALCAD, HASSA, ETK KABLO şirkətlərinin rəsmi distribyutoru və partnyorudur.

Bundan əlavə ESTET MMC Avropa və Türkiyənin bir çox istehsalçı şirkətləri ilə də əməkdaşlıq edir.

Şirkətimiz elektrik və mexanika sahəsindəki beynəlxalq və yerli partnyorları ilə əməkdaşlığı sayəsində yenidənqurma və inşaat layihələrində gərəkli olan bütün elektrik, mexanika və yüksək texnoloji avadanlıqlara çox uyğun təkliflər verə bilir. Bundan başqa şirkətimiz bir çox böyük proyektlərdə “açar təslimi”, elektrik və data, yanğından mühafizə və ventilyasiya sistemləri, laboratoriya avadanlıqlarının satışı, quraşdırılması və servisi işləri də görür.

Şirkət 50-dən çox yüksək ixtisaslı mütəxəssis və texniki avadanlıq resurslarını özündə birləşdirərək layihələrdə tələb olunan işləri düzgün, vaxtında və yüksək səviyyədə yerinə yetirə bilir.

Təmin etdiyimiz məhsullar keyfiyyətli və sərfəli olması ilə yanaşı istehsalçı şirkətlər tərəfindən tamamilə zəmanətlidir.

Məhsul və xidmətlərimizi nəzərinizə çatdırırıq.
1. Struktur Kabelləşdirmə ( Data və Elektrik)
2. Generator, UPS- lərin satışı, montaji və montaj sonrası texniki dəstək
3. Yanğın, Xəbəretmə və Sulu söndürmə sistemləri
4. Təhlükəsizlik, Xəbəretmə və Kamera sistemləri
5. Fiberoptik kabellər, Data Telekom kabelləri və Sonlanma sistemləri
6. İT, Telekom və Rack Kabinlər
7. İT Server otaqları üçün Yüksəldilmiş Döşəmə
8. Mərkəzi Səs və TV sistemləri
9. Xəstəxana, tibb bacısı çağırış sistemləri
10. Laboratoriya avadanlıqları
11. Havalandırma sistemləri

MƏQSƏD VƏ MİSSİYAMIZ

Məqsədimiz, Azərbaycanda qazanmış olduğumuz təcrübənin köməyilə fəaliyyət sahəmizdəki yüksək mövqeyimizi qorumaq, ən son texnologiyaları bazara tanıdmaq və təmin etməkdir.

Missiyamız, Azərbaycan bazarında fəaliyyət göstərən digər struktur kabelləşdirmə, laboratoriya, elektrik və mexanika (isitmə, soyutma və havalandırma) avadanlıqlarının montaj və quraşdırma işləri ilə məşğul olan şirkətlərə lazım olan avadanlıq və məhsulları ən uyğun qiymət və yüksək keyfiyyətdə təmin etmək, mövcud lahiyələrdə podratçı şirkətlərə təyin olunan vaxtda “açar təslimi” işlərini təhvil verməkdir.

DƏYƏRLƏRİMİZ

TƏHLÜKƏSİZLİK VƏ İNSAN RESURSLARI

Şirkətimiz, işçiyə yüksək dəyər verilməzsə müştəriyə yaxşı xidmət göstərilə bilinməyəcəyini bilir, ona görə də işçilərin maddi-mənəvi motivasiyasını üst səviyyədə tutaraq onların təhlükəsizliyinə də diqqət edir.

MÜŞTƏRİ MƏMNUNİYYƏTİ

Şirkət müştərilərini partnyor olaraq görür və inkişafın ancaq bir yerdə olacağına inanır. Ona görə də şirkətimiz müştəri ehtiyaclarını diqqətə alaraq öz peşəkar təkliflərini verir.

KEYFİYYƏT VƏ DAVAMLILIQ

Biz müştərilərimizə keyfiyyətli məhsul və xidməti zamanında verdiyimiz müddətcə məqsədimizə çatacağımıza inanırıq. Ona görə də keyfiyyətdə heç vaxt güzəştə getmirik.

Siz layihəniz üçün peşəkar mütəxəssis axtarırsınız?