Enerji idarəetmə sistemləri – EMS

Ümumi Məlumat

Bu gün energetika sahəsində texnologiyaların inkişafı və elektrik enerjisinə olan tələbatın durmadan artması elektrik enerjisini heç vaxt olmadığı qədər əhəmiyyətli  və həyati vacib resursa çevirmişdir. Buna görə də yalnız enerjinin istehsalı deyil, onun monitorinqi, istifadəsinin effektivliyinin yüksəldilməsinə olan tələb də çoxalır.

Elektrik enerjisinin paylanması özündə yüksək keyfiyyəti və ucuz qiyməti birləşdirməlidir, çünki enerjinin effektiv istifadəsi ictimai-iqtisadi yüksəlişin və ölkənin inkişafının ən əhəmiyyətli elementlərindən biridir. Enerjiyə olan tələbatın qənaətlə və səmərəli təmin olunması üçün enerjidən istifadəyə effektiv nəzarət ən yaxşı üsuldur. Tələbatın artması və ümumi enerji mənbəyinin azlığı, böyük investisiyalara, qabaqcıl texnologiyalara və yüksək ixtisaslı mütəxəssislərə ehtiyacın özü də enerjinin effektiv istifadəsinin əhəmiyyətini göstərir.

Yeni texnologiyaların üstünlüklərindən istifadə zamanı beynəlxalq standartlara aid sistemlərinin yanlış tətbiq olunması; enerjinin verilməsində itki və sızmalar, insanların həyat və mülkiyyəti nəzərə alınaraq qiymətlər, həmçinin təhlükəsizliyə dair çoxsaylı tələblər böyük risk amilidir.

Bu risklər və itkilər özlüyündə həm də lazımlıdır, məqsəd isə enerji istehlakının minimallaşdırılması və ötürülən enerji həcmini otimal həddə saxlamaqdır. Bu məqsədə çatmaq üçün ən uyğun üsul elektrik enerjisi axınlarını tam nəzarətdə saxlamaq, onun istehsal və istehlakının avtomatlaşdırılmış sistemlə monitorinqinin aparılmasıdır. Odur ki, müştərilərə müasir texnologiyanın və işin effektliliyinin bütün üstünlüklərini birləşdirən elektrik axınlarının avtomatlaşdırması sistemi yaradılmışdır. Buraya elektrik stansiyalarının səmərəliliyinə nəzarət və texniki xidmət daxildir.

Xidmətlərimiz