Bina Avtomatika Sistemləri – BAS

Ümumi Məlumat

Binaların avtomatlaşdırması üzrə  işlərin icrasını aşağıdakı şəkildə təsnif etmək olar: yüksəkmərtəbəli müasir binalarda  və ya kiçik təmtəraqlı villalarda elektrik sisteminin avtomatlaşdırması üçün aparat və proqram təminatının həyata keçirilməsi. Bu işin ümumi strukturuna üç səviyyə üzrə  baxıla bilər. Ən alt səviyyədə fiziki avadanlıqla elektrikə nəzarət olunması və onun ölçülməsini təmin edən “Standart avadanlıq” uyğunluğu.  İdarəetmə elementlərinin nümunələri kimi “mühərrikin qapağı”, “mühərrikin dempferi”ni qeyd etmək olar ki, bunlar  analoq siqnalının köməyi ilə idarə edilirlər. “Temperatur tənzimləyicisi”, “rütubət tənzimləyicisi”, “təzyiq tənzimləyicisi”, “işığın səviyyəsinin tənzimləyicisi” isə analoq giriş siqnallarının tətbiq olunması ilə idarə edilir. Avadanlığın ikinci səviyyəsində elektrik siqnallarına informasiyanı köçürməyə  kömək etmək üçün “giriş-çıxışın modulları” bölməsi daxil edilib. Nəzarət cihazlarında giriş-çıxış məlumatları “Analoq və rəqəmli” formatlarında iki qrupa ayrılır.

Məsələn, ventilyasiya kanalında hava təyziqinin olub olmamasını ölçərkən təzyiqin düşmə relesində 1 göstərilirsə demək ki, təyziq var. 0 göstərdiyi halda isə yoxdur. Ventilyasiya kanalında təyziqin düşməsinin ölçüsü üçün statik havadan fərqli olaraq “təyziqin düşməsinin tənzimləyicisi” dəqiqə fərqini və hava haqqında kanalın iki nöqtəsinin ölçülərini PA kimi ölçür.

Beləliklə, analoq siqnalların diapazonları fasiləsiz qiymətləndirmə aparırlar. “Giriş-çıxışın modulları” siqnalların müxtəlif tiplərini avadanlıqda hazırlayaraq onlara dair  informasiya mübadiləsini aparmaq üçün istifadə edilir. Standart avadanlıq və birləşmələr hər qurğu üçün fiziki olaraq  ayrı elektrik kabelləriylə yerinə yetirilir. Hər modul bir cihaz üçün istifadə olunduğu kimi, bir modula da birdən artıq cihazın qoşulması mümkün olan modelləri də vardır. Üçüncü səviyyədə nəzarət cihazı yerləşdirilir. Bu, giriş-çıxış modulları ilə vahid məlumat mübadiləsi protokolu yaradaraq informasiya mübadiləsini həyata keçirir, qısa müddətdə alınmış məlumatı analiz edir əvvəlcədən pöroqramlaşdırılmış şəkildə ötürür.

Xidmətlərimiz